13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü münasibətilə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə əklil vəgül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Bu barədə Metbuat.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Ziyarətdən sonra Xidmətin aparatında qurumun yaradılmasının 13 illiyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.
Mürsəl İbrahimov son illər ərzində Dövlət Xidmətinin fəaliyyətindəki inkişaf, aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların icrasının gedişatı barədə ətraflı məlumat verib. Tədbirdə Xidmət tərəfindən 2024-cü ildə görülən işlərdən bəhs edən qısa video çarx nümayiş olunub.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsi Tehran Babatov tərəfindən Xidmət rəisinin imzaladığı əmrlər elan olunaraq xidmətdə fərqlənənlərə hərbi rütbələr, medallar və fəxri fərmanlar təqdim edilib.
Related News
11 Mar, 2025
Lady Gaga Reveals the Wholesome Quality . . .
20 Aug, 2025
Identical Twins Get Identical Facelifts . . .
06 Jun, 2025
UK visa issues rule Hosein out of West I . . .
09 May, 2025
Kiernan Dewsbury-Hall on target as Chels . . .
01 Jul, 2025
Michael Phelps' former coach Bob Bowman . . .
14 Aug, 2025
Spuds need to push their health benefits
15 Apr, 2025
Islamabad United Beat Peshawar Zalmi By . . .
29 Apr, 2025
Nat Sciver-Brunt Becomes New Captain Of . . .