El arasında bir deyim mövcuddur ki, Novruz bayramının ilk 4 gününün havası, yəni 21, 22, 23 və 24 mart tarixləri növbəti ilin 4 fəslinin necə keçəcəyinə işarə edir. Bu qədim inanca görə, bayramın hər bir günü müəyyən bir fəsli təmsil edir və o günün havası həmin fəslin xüsusiyyətlərini proqnozlaşdırır.
Bəs bu inanc nə qədər doğrudur?
Ekoloq Qorxmaz İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, bu deyim zamanla əfsanəyə çevrilib və insanların əsrlər boyu topladığı təcrübələrə əsaslanır:
“Məsələn, qışda qar yağarsa və qar bol olarsa, bu ilin bolluğa işarə olacağı düşünülür. Həmçinin payızda ağacların yarpaqları gec tökülərsə və ya ümumiyyətlə, tökülməzsə, qarşıdan gələn ilin quraq keçəcəyinə işarə etdiyi bildirilir. Mart ayı ilə bağlı da müxtəlif deyimlər mövcuddur, çünki mart bahar ayıdır və keçid dövrünü təmsil edir. Azərbaycanın yerləşdiyi coğrafiya burada mövcud olan hava kütlələrinin təsiri altındadır. Bu hava kütlələri yağış gətirə bilir. Məsələn, bu günlərdə Bakı üçün yağış gözlənilir. Bu yağış bir neçə gündən sonra çəkilib gedəcək, ardından isə 23-24 mart tarixlərində quraqlıq olacaq, yəni yağıntı olmayacaq. Lakin bu, ilin quraq və sərt keçəcəyinə dair bir proqnoz deyil”.
Sevinc İbrahimzadə / Metbuat.az
Related News
06 May, 2025
Big-name Magpies out of Fremantle clash
27 Mar, 2025
Jamie Carragher breaks silence on Trent . . .
26 Mar, 2025
One of the Flint Farmers’ Market’s most . . .
02 Apr, 2025
Pocklington RUFC duo Archie Wilcock and . . .
21 Feb, 2025
Our lives are being made a misery by lor . . .
31 Mar, 2025
Mahesh Babu’s daughter Sitara to make he . . .
18 May, 2025
Golden Green form boosts Australia ahead . . .
27 May, 2025
Manners Across the Pond: What Brits and . . .