Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.
Metbuat.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.
SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.
Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.
Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.
Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.
Related News
11 Jun, 2025
Sports News | Dustin Johnson Says He ''' . . .
08 Aug, 2025
Proteas seamer Kagiso Rabada aims for mo . . .
11 Jul, 2025
Critics sink claws into Netflix's 'piece . . .
17 Jun, 2025
Tonight's rugby news as Alun Wyn Jones p . . .
28 Mar, 2025
More top-tier tourneys await Alex Eala a . . .
04 Apr, 2025
Athletes frustrated as France mulls Musl . . .
18 Jun, 2025
LIV Golf star Phil Mickelson takes swipe . . .
18 Mar, 2025
Rahul Dravid Spotted Moving on Wheelchai . . .