Futbol üzrə hazırkı dünya çempionu Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliyaya böyük hesabla (4:1) qalib gəlib.
Metbuat.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu uğur zədə səbəbindən iştirak etməyən Lionel Messinin komandasına erkən dünya çempionatına vəsiqəni təmin etməyə imkan verib.
Argentinanın "Monumental Antonio Vespucio Liberti" arenasında təkcə Cənubi Amerikanın deyil, bütün planetin titullu komandalarının döyüşü baş tutub. 60 mindən çox tamaşaçı önündə dünyanın ən yaxşı komandası “pentakampionlar”ı 4:1 hesabı ilə məğlub edib.
Argentinanın qollarını Enzo Fernandes, Xulian Alvares, Aleksis Mak Allister və Culiano Simeone vurub. Braziliya buna Matheus Kuninin təsəlli qolu ilə cavab verib.
Evdəki uğuru sayəsində Argentina 2026-cı il Dünya Çempionatına vəsiqə qazanan ilk Cənubi Amerika komandası olub.
Messinin komandasına bu seçmə mərhələdə Boliviya ilə Uruqvay arasında 0:0 hesablı heç-heçə də kömək edib.
Boliviyalı futbolçular xal baxımından Lionel Skaloni yetirmələrinə yetişmək şanslarını itiriblər; seçmə mərhələyə dörd tur qalmış argentinalılardan 14 xal geri qalırlar.
"Bizim 31 xalımız var, asan görünə bilər, amma sizi əmin edirəm ki, bu, heç də belə deyil. Buna nail olduq, tərifə layiqdir. Bazada biz Uruqvayın Boliviya ilə səfər oyununa baxdıq, orada özümüz necə oynadığımızı xatırladıq və bunun nə qədər çətin olduğunu düşündük. Ən başlıcası turnirin finalına vəsiqə qazandıq””, - Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
Related News
17 Mar, 2025
Tonight's rugby news as Dragons hit back . . .
30 Mar, 2025
Eid ul-Fitr 2025: Shawwal moon sighted i . . .
01 Mar, 2025
Jos Buttler quits as England ODI captain . . .
11 Mar, 2025
Manly expect Vegas disappointment to spa . . .
20 Mar, 2025
Peter Malnati faces strong field in defe . . .
05 Apr, 2025
From world champion kickboxer to heart o . . .
29 Mar, 2025
Raptors beat Hornets 108-97, extend win . . .
13 Mar, 2025
Transaction in Own Shares