TRENDING NEWS
Back to news
31 May, 2025
Share:
Rublun məzənnəsi kəskin dəyişə bilər -
@Source: metbuat.az
Rusiya Mərkəzi Bankı iyunun 6-da uçot dərəcəsini azaltmağı müzakirə edəcək. Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərara səbəb inflyasiya, biznes aktivliyi, kreditləşmə və rublun möhkəmlənməsi ilə bağlı yeni makroiqtisadi göstəricilər əsas olub. İnflyasiyanın zirvəsi artıq mart ayında keçilib, apreldə və mayda isə qiymət artımının sürəti daha da zəifləyib. Buna baxmayaraq, Rusiya Mərkəzi Bankının əsas (uçot) faizi 21% səviyyəsində qalır. Əhalinin inflyasiya gözləntiləri də hələ də yüksəkdir. Mart ayında 13.1 faiz olan bu göstərici cari ayda 13,4%-ə çatıb. "Rosstat"ın məlumatına əsasən, 20–26 may tarixləri arasında istehlak qiymətləri cəmi 0,06% artıb.İlin əvvəlindən bəri ümumi inflyasiya 3,34%, illik göstərici isə 9,8% təşkil edir. Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, inflyasiya gözləntiləri faktiki qiymət artımından daha çox təsir göstərir, bu isə faiz dərəcəsinin gözlənildiyindən daha uzun müddət yüksək qalmasına gətirib çıxara bilər. Dövlət Dumasının maliyyə bazarları üzrə komitə sədri Anatoli Aksakov da daxil olmaqla bəzi ekspertlər faiz dərəcəsinin 0,25 bənd azaldılacağını gözləyirlər. Mərkəzi Bank sədr müavini Filip Qabuniya isə qeyd edib ki, iyun iclasında aprelə nisbətən daha geniş qərar dairəsi müzakirə olunacaq, lakin kəskin dönüş gözlənilmir. İqtisadçıların proqnozuna görə, Rusiya Mərkəzi Bankı əvvəlki kimi inflyasiyanın sürətlənməsi riski ilə iqtisadi fəallığın zəifləməsi riski arasında balans axtarır. Faiz dərəcəsinin azaldılması tempində səhv addımlar ya qiymət artımına, ya da istehlak və investisiya fəallığının boğulmasına səbəb ola bilər.
For advertisement: 510-931-9107
Copyright © 2025 Usfijitimes. All Rights Reserved.